XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 08:21

Nazarbayev hakimiyyətdən gedir?

“Ola bilsin ki, dekorasiyanı dəyişməyin vaxtıdır”

Картинки по запросу nazarbayev

Strateq.az İTAR-TASS-a isnadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Beynəlxalq qadın günü ərəfəsində məşhur qazax qadınları ilə görüşündə etiraf edib ki, təcili seçkilər keçirtməyi planlaşdırmamışdı: “Hazırda seçki kampaniyası başlanıb. Növbədənkənar seçki ideyasını əsasən qadınlar dəstəkləyirdi. Düzünü desək, mənim şəxsi planlarım tamamilə başqa cür idi. Artıq xeyli vaxtdır ki, Qazaxıstana rəhbərlik edirəm, müstəqilliyin mənbəyində durmuşam. Ola bilsin ki, teatrda deyildiyi kimi, dekorasiyanı dəyişməyin vaxtıdır”.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, rəsmən qeydiyyatadan keçmək üçün 9 namizəd sənəd təqdim edib. Növbədənkənar prezident seçkisi aprelin 26-da baş tutmalıdır.