XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 21:12

Çinin enerji nəhənginin obyektində güclü yanğın başlayıb- FOTO

Çinin Milli Neft Şirkətinin (CNPC) Loyanin əyalətindəki obyektlərinin birində güclü yanğın başlayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın yerli vaxtla 21: 30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Bildirilib ki, yanğının mümkün səbəblərindən biri ildırımın binaya düşməsidir.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.