XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2020 - 09:11

Nyu-Yorkda koronavirus:bir gündə 157 nəfər ölüb

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində 157 nəfər koronavirus infeksiyasından ölüb, bundan əvvəlki gün 132 nəfərin öldüyü deyilirdi.

Bunu ştatın qubernatoru Endryu Kuomo bildirib.

Qubernator deyib ki, ümumilikdə və gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı azalır, get-gedə daha az insan süni tənəffüs aparatına ehtiyac duyur. Onun sözlərinə görə, cümə günü cəmi 400 nəfər xəstəxanaya müraciət edib. Ağır günlərdə isə bu rəqəm 3000-dən çox olurdu.

Ştatda ümumilikdə 22 304 nəfər koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib. /APA