XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2020 - 10:49

Meksikada koronavirus:ölənlərin sayı 5 mini keçdi

Meksikada son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən 278 xəstə ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə COVID-19-dan dünyasını dəyişənlərin sayı 5 045 nəfərə çatıb.

Bildirilib ki, son sutkada daha 2 112 nəfərdə koronavirus təsdiq olunub. Bununla da Meksikada COVID-19 virusuna yoluxanların sayı 47 144 nəfərə çatıb.

Hökumət mayın 18-dən etibarən epidemioloji vəziyyətin yaxşılaşdığı bölgələrdə karantin məhdudiyyətlərini yumşaltmağı nəzərdən keçirir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report