XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2020 - 12:29

Çinin İsraildəki səfiri evində ölü tapılıb –Yerli mətbuat açıqlama yaydı

İsrail mətbuatı Çinin İsraildəki səfiri 57 yaşlı Du Veyin Təl-Əvivin şimalındakı Herzliyadakı evində ölü tapıldığını bildirib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfirin ölüm səbəbi ilə bağlı hər hansı açıqlama verilməyib və hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

İsrail mətbuatının yaydığı xəbərə görə, 57 yaşlı çinli səfir bu vəzifəyə hələ fevral ayında təyin olunub. Çinin İsrail səfirliyinin mətbuat rəhbəri açıqlamasında “normal prosedurlar yerinə yetirilir, polis orqanları araşdırmalara başlayı” deyə bildirib.

Digər tərəfdən, İsrailin “Channel 12 TV” telekanalında araşdırma aparan İsrail rəsmilərinin açıqlamalarına da yer verilib. Onların açıqlamasına görə, çinli səfirin yuxuda olan zaman təbii səbəblərdən dünyasını dəyişmə ehtimalı güclüdür.