XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 09:21

“ABŞ-da COVID-19-a yoluxma halları azalıb” – Tramp  

ABŞ prezidenti Donald Tramp son zamanlar ölkədə koronavirusa yoluxma hallarının sayının xeyli azaldığını təsdiq edib.

Bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

“Bəzi istisnalarla koronavirusa yoluxma hallarının sayı Birləşmiş Ştatların bütün ərazisi üzrə sürətlə enir. Həqiqətən, çox yaxşı xəbərlər!” – Tramp özünün “Twitter”dəki hesabında yazıb.

Con Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirusa 1,486 milyon yoluxma qeydə alınıb, virusdan 89,55 min insan ölüb, 268 mindən çox xəstə sağalıb.

ABŞ əvvəlki kimi dünyada COVID-19-a yoluxma hallarının sayı üzrə birinci yerdədir. Rusiya Federasiyası (demək olar ki, 282 min yoluxma) ikinci yerdə, Böyük Britaniya (demək olar ki, 245 min yoluxma) üçüncü yerdə qərarlaşıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)