XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 10:23

Almaniyada koronavirusa yoluxma ötən günlə müqayisədə üç dəfə azalıb –Robert Koç İnstitutu

Almaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 177, ölənlərin sayı isə 14 nəfər olub.

Bu barədə Səhiyyə Nazirliyinin Robert Koç İnstitutu məlumat yayıb.

Bildirilib ki, son bir gündə yoluxma sayı ötən gündəkindən üç dəfə azdır.

Qeyd edək ki, Almaniyada epidemiya başlayandan bəri 174 697 nəfərdə koronavirus aşkarlanıb. Onlardan  7935 nəfər dünyasını dəyişib, 154,6 min nəfər isə sağalıb.

Ən çox infeksiya Bavariya (45 507), Şimali Reyn-Vestfaliya (36 365) və Baden-Vürttemberq (34 000) bölgələrində qeydə alınıb. Paytaxt Berlində yoluxma hadisəsi 6458-ə çatıb.

Xatırladaq ki, bir gün əvvəl ölkə üzrə yoluxma sayı 583, ölənlərin sayı isə 33 olmuşdu. (apa)