XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 10:12

Əfqanıstanda partlayış törədilib –Ölən və xəsarət alanlar var

Əfqanıstanın Qəzni əyalətində Milli Təhlükəsizlik İdarəsinin yerli bölməsinin binası yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində 7 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.

Bu barədə səhiyyə sahəsindəki mənbələrə istinadən “Tolo News” telekanalı bildirib.

“Həlak olanların əksəriyyəti Milli Təhlükəsizlik İdarəsinin işçiləridir”, – səhiyyə sahəsində adının çəkilməsini istəməyən nümayəndələr deyib.

Təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, hadisə yerli vaxtla təxminən 4:30-da (Bakı vaxtı ilə saat 7:00-da) olub.

Öz növbəsində ölkənin Daxili İşlər Nazirliyi də partlayış faktını təsdiq edib. Nazirlik bildirib ki, “terrorçular yenidən Qəzninin dini mərkəzinə hücum edib”.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib. (report)