XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 12:27

Ukraynada koronavirus: daha 21 nəfər pandemiyanın qurbanı oldu

Ukraynada daha 325 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 18 616-ya çatıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 21 nəfər artaraq 535-ə yüksəlib.

İndiyədək Ukraynada 5 276 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 316 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)