XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 20:11

“Seltik” Şotlandiya çempionu elan olunub

Şotlandiya Premyer Liqasında mövsüm başa çatdırılıb.

Federasiyası koronavirus pandemiyası səbəbindən qalan oyunların keçirilməməsini qərara alıb.

Klubların iclasında elitada çıxış edən 12 klub rəhbərliyinin hər biri mövsümün başa çatdırılması qərarını dəstəkləyib. Bundan sonra yerli federasiya mövsümü yekunlaşdırıb və ən yaxın izləyicisi “Reyncers”dən 13 xal öndə olan “Seltik”i çempion elan edib. Bununla “Seltik” ardıcıl 9-cu çempionluğunu qazanıb. Sonuncu pillənin sahibi “Harts” isə aşağı liqaya göndərilib.

Qeyd edək ki, Şotlandiya Premyer Liqası XXX turdan sonra dayandırılıb. (Apasport.az)