XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 17:47

Rusiyalı nazir:"Qlobal neft bazarında tələbat bərpa olunur"

“Qlobal neft bazarı normal vəziyyətə qayıdır və “qara qızıl”a tələbat bərpa olunur”.

“Bloomberg”in verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, Rusiya “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində neft hasilatının azaltmasına dair əldə edilmiş razılaşmaya ciddi şəkildə əməl edəcək.

“Rusiya neft hasilatının azaldılmasını “OPEC+” razılaşmasına uyğun olaraq yerinə yetirəcək”, – deyə, A. Novak qeyd edib.

Xatırladaq ki, “OPEC+” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. “OPEC+” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub. (apa)