XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2020 - 22:29

İtaliyada koronavirus:iki ayda ilk dəfə yoluxma sayı 100-dən aşağı enib

İtaliyada son sutka ərzində daha 451 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 226 minə yaxınlaşır.

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 225 886 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 99 nəfər artaraq ümumilikdə 32 007 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 127 326 xəstə sağalıb. (apa)