XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2020 - 22:43

Türkiyədə koronavirus:yoluxanların sayı 150 mini keçib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 25 141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4171 nəfər ölüb, 150 593 nəfər bu infeksiyaya yoluxub, 111 577 nəfəri isə müalicə olunub. Bu gün daha 1615 xəstə evə buraxılıb. (apa)