İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb.
“Football Italia” xəbər verir ki, qərara əsasən, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.
Bu daha əvvəl iyunun 13-də bərpa olunacağı gözlənilən A Seriyasının yenidən təxirə salınacağı deməkdir.
Qeyd edək ki, İtaliyada yerli liqalar martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. (report)