XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2020 - 23:56

BMT-nin yeddi əməkdaşı koronavirusdan öldü –Baş katibin rəsmi nümayəndəsi

BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb.

“TASS” xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu günə olan məlumata görə, yeddi BMTəməkdaşı koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. Amerikada təşkilatın 147 əməkdaşında COVID-19 aşkarlanıb” – Düjarrik deyib.

Onun sözlərinə görə, ölənlərin biri Nyu-Yorkdakı Katibliyin, digər iki nəfəri isə ÜST-nin və UNICEF-in işçisidir. (report)