XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 18:14

Ukrayna təyyarəsində ölənlərin yaxınları İranın bu təşkilatını məhkəməyə verir- Açıqlama

Tehranda Ukrayna təyyarəsinin səhvən vurulması nəticəsində həlak olan sərnişinlərin ailələri İran Silahlı Qüvvələrinin Məhkəmə-Hüquq Təşkilatını məhkəməyə verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın lideri Şükrulla Bəhrami bildirib.

“Ölənlərin çoxunun ailəsi Silahlı Qüvvələrin Məhkəmə-Hüquq Təşkilatına qarşı iddia qaldırıb”, – Bəhrami belə deyib.

O, əlavə edib ki, “təşkilat bu proses çərçivəsində şikayətləri araşdıran orqandır”.

Bəhraminin sözlərinə görə, “bir neçə mütəxəssis qrupu bu bədbəxt hadisənin müxtəlif tərəflərini araşdırır”.