Ukraynada daha 260 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 18 876-ya çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 548-ə yüksəlib.
İndiyədək Ukraynada 5 632 nəfər koronavirusdan sağalıb/Report.