XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 22:50

Fransada “sarı jiletlilər”in lideri tutuldu –Səbəb

Fransada “sarı jıletlilər” hərəkatının lideri Erik Drue azyaşlıya qarşı zor tətbiq etməsinə görə tutulub.

BFM TV xəbər verir ki, hadisə Domon kommunasında (İl-de-Frans vilayəti-red) baş verib.

Məlumata görə, mayın 18-də aktivist öz evində sevgilisi ilə onun 13 yaşlı oğlu arasında olan mübahisəyə müdaxilə edib.

Qeyd olunur ki, bundan sonra evdə “böyük tutaşma” başlayıb. Hadisənin digər detalları hələ açıqlanmır, amma məlumdur ki, hal-hazırda Drue polis nəzarəti altındadır.

Fransada “sarı jıletlilər”in etiraz aksiyası 2018-ci ilin noyabrında başlayıb. Etirazlar əvvəlcə yanacağın qiymətinin artması ilə bağlı olub, amma sonra aksiyaçılar siyasi tələblər də irəli sürməyə başlayıblar/Report.