XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 11:40

Kremlin Kozak planı:"Rusiya gələcəkdə Dnestryanının yenidən Moldovanın tərkibinə qatacaq"

moskva-kreml

2016-cı il 14 yanvar hadisələrindən sonra Rusiya Moldovaya münasibətdə tətbiq etdiyi strategiyanı dəyişib.

Bu barədə informasiyanı Ukraynanın “Da Vinçi” analitik qrupu yayıb.

Bəyanatda Rusiyanın hərbi siyasi rəhbərliyinin bundan sonra Moldovada dəyişikliklər üçün qanuni yollardan istifadə edəcəyi bildirilib:

“Moldova yenidən prezidentin seçilməsi qaydasını ümumxalq seçkisi ilə həyata keçirəcək. Bu, Moldovada rusiyayönlü namizədin hakimiyyətə gəlməsinə səbəb ola bilər. Əgər nəzərdə tutulan ssenari reallaşsa, Kreml ölkənin xarici siyasət kursunun dəyişdirilməsi prosesinə start verəcək. Son sorğular göstərir ki, hazırda ölkədə əhalinin ən çox dəstəklədiyi siyasətçi rusiyayönlü İqor Dodondur. Onun rəqibi Andrey Nestase hesab edilir. Lakin onun da avropayönlü siyasətçi olması çoxlarında şübhə yaradır. Bizim hesablamamıza görə, Rusiya gələcəkdə Dnestryanının yenidən Moldovanın tərkibinə reinteqrasiya etməsinə (Kozak Memorandumu kimi – red.) şərait yaradacaq. Bu isə rusiyayönlü prezidentin dövründə baş verəcək”.

Qeyd edək ki, Kozak planı 2003-cü ildə rusiyalı siyasətçi Dmitri Kozak tərəfindən Dnestryanı konfliktinin həlli üçün hazırlanıb. Plana əsasən, Moldovada assimetrik federasiya yaradılmalı idi. Bundan sonra Dnestryanı və Qaqauziya burada xüsusi status almalı idilər. Kozak hər iki muxtariyyətə qanun layihələrinin öz ərazilərində tətbiqini qadağan etmək hüququnun verilməsini də istəyirdi. Üstəlik, Moldova ordunun neytralitetini təmin etməli və rus bazalarının Dnestryanıda daha 20 il qalmasına şərait yaratmalı idi.

Axar.az