XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 14:40

İranlı nazir:“ABŞ-ın neft tankerlərimizə təcavüzünə qətiyyətli cavab veriləcək”

“ABŞ-ın İranın neft tankerlərinə təcavüzünə qətiyyətli cavab veriləcək, bunu amerikalıların özləri də çox yaxşı bilirlər”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi deyib.

Onun sözlərinə görə, neft tankerlərinə qarşı atılacaq hər hansı addım beynəlxalq qanunlara ziddir. 

“Düşünürəm ki, beynəlxalq təşkilatlar və qurumlar ABŞ-ın bu kimi addımlarına qarşı ölçü götürməlidir. Bu, bir növ dəniz piratçılığıdır. Bizim siyasətimiz bu sahədə şəffafdır”, – deyə nazir vurğulayıb.