XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 19:29

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaların siyahısını genişləndirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, 9 nəfər İran vətəndaşına və Hüquq-Mühafizə Orqanlarının Əməkdaşlıq Fonduna, habelə Tehranda yerləşən iki cəzaçəkmə müəssisəsinə sanksiya tətbiq edilib.

Sanksiyalara məruz qalan 9 nəfər isə hüquq-mühafizə orqanları və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri ilə əlaqəsi olan şəxslərdir.