XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 20:17

Türkiyədə koronavirusdan sağalanların sayı 114 minə çatır

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O qeyd edib ki, son bir gündə koronavirusdan 23 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 4 222 nəfərə çatıb.

Ölkədə daha 972 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son bir gündə 1 092 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 113 987 nəfərə çatıb.

Son sutka ərzində koronavirusla bağlı 20 838 test aparılıb.