XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 20:45

Azərbaycan və Rusiya vətəndaşlarının ölkələrinə qayıtması mexanizmi hazırlanacaq

Rusiya prezidenti Vladimir Putin Azərbaycanla vətəndaşların epidemioloji tədbirlərə əməl etmək şərtilə qarşılıqlı qaytarılmasına dair müvafiq tapşırıqlar verib.

“Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Sözügedən tapşırıqlar hər iki ölkə vətəndaşlarının sərhəddən keçirilərək öz vətənlərinə qaytarılmasını koronavirusun yayılması nəzərə alınmaqla Rusiya ərazisindəki əhalinin sanitar-epidemioloji sağlamlığını təmin etmək üçün müvafiq tədbirlər görmək şərtilə təşkil etməyi nəzərdə tutur.