XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 23:12

İtaliyada indiyədək 227 mindən çox insan koronavirusa yoluxub –Mülki Müdafiə Departamenti

İtaliyada son sutka ərzində daha 665 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 227 mini keçib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 227 364 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 161 nəfər artaraq ümumilikdə 32 330 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 132 282 xəstə sağalıb. (apa)