XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 23:39

İranda terrorçu quruplaşmanın üzvləri məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ölkənin Kürdüstan vilayətində xüsusi əməliyyat keçirərək terror qruplaşmasını zərərsizləşdirib.

Azərtac Sepahın açıqlamasına istinadla xəbər verir ki, əməliyyat nəticəsində 2 terrorçu məhv edilib, 4-ü yaralanıb, 16-ı isə tutulub. Tutulan şəxslərin evlərində və iş yerlərində aparılan axtarış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Sepahın açıqlamasında bildirilir ki, terror qrupunun bəzi üzvləri xarici qüvvələr tərəfindən diversiya və terror aktları törətmək məqsədilə İrana göndərilib.

Qeyd edək ki, ötən ayda da İranın Kürdüstan vilayətində xüsusi əməliyyat keçirilib və nəticədə Sepahın 1 nəfər əsgəri həlak olub.