XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2020 - 00:17

Türk Hava Yolları daxili və xarici uçuşlarını bərpa edir- Tarix məlum oldu

Türk Hava Yolları aviaşirkəti (THY) 4 iyundan daxili, 10 iyundan isə xarici uçuşlarını bərpa edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə THY-nin rəhbəri İlker Aycı bildirib.

İlker Aycı deyib ki, sərnişinlərin əl yükünün təyyarənin salonuna daxil edilməsinə icazə verilməyəcək. 8 kiloqramlıq əl yükü təyyarənin yük yerinə qəbul ediləcək və ödəniş haqqı da ümumi yükə əlavə ediləcək.

Sərnişinlər təyyarə salonuna yalnız əl çantası ilə daxil ola biləcək.