XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 14:05

İranda daha 2392 nəfərdə koronavirus aşkarlanıb –66 nəfər isə ölüb

İranda koronavirusa yoluxanların sayı artıb.

IRNA xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 392 nəfərdə koronavirus aşkarlandığı və bununla da yoluxma faktlarının sayı 129 341-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 66 nəfər artaraq 7 249 nəfərə yüksəlib.

O həmçinin 2 655 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. Bundan başqa, indiyədək 100 564 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb/Report.