Böyük Britaniyada son sutkada 338 nəfər COVID-19-un qurbanı olub.
Bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 36 042-yə çatıb. Yoluxma faktlarının sayı daha 2 615 nəfər artaraq 250 908-ə yüksəlib/Report.