Karantin rejiminin yumşaldılması çərçivəsində Ukraynada iyunun 1-dən etibarən dəmiryol daşımaları, o cümlədən uzaq məsafəyə hərəkət edən qatarların fəaliyyəti bərpa olunur.
Bu barədə İnfrastruktur naziri Vladislav Krikli məlumat verib. Onun sözlərinə görə, “Ukrazaliznıtsa” sərnişinləri qarşılamağa artıq hazırdır. “Ukraynada artıq iyunun 1-dən etibarən uzaq məsafəyə hərəkət edən ilk qatarlar reysə buraxılacaq. Karantin rejimi sərnişinlərin qəbuluna hazırlaşmaq üçün vaxt verdi”, – deyə Krikli qeyd edib.
Bundan əlavə, “Kiyev-Passajirski” stansiyasının vağzallarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, üzdən tanıma funksiyasına malik 22 yeni videonəzarət sisteminin quraşdırıldığı bildirilir(azərtac).