XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 22:23

Gürcüstan parlamenti uzun fasilədən sonra fəaliyyətini bərpa edib

Gürcüstan parlamenti uzun fasilədən sonra fəaliyyətini mayın 21-də bərpa edib.

Parlamentin iclasında bir sıra qanun layihələrinə baxılıb, eyni zamanda, oktyabrda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri barədə məsələ diqqət mərkəzində olub.

Bildirilib ki, müxalifətin tələbi əsasında hökumət parlamentdə hesabat verəcək.

Parlamentin sədri Arçil Talakvadze deyib ki, hökumət başçısı mayın 27-də deputatlar qarşısına çıxacaq.

Məsələyə aydınlıq gətirən Baş Nazir Giorgi Qaxariya deyib ki, Gürcüstan hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində ölkədə həyata keçirilən bütün tədbirlər barədə parlamentdə hesabat verməyə hazırdır. Onun sözlərinə görə, bununla bağlı artıq parlamentin sədrinə məktub göndərilib. “Hökumət yaxın günlərdə parlamentdə bütün suallara cavab verməyə hazırdır. Prosesə cəlb olunan hər bir kəs qanunverici orqana gedəcək və bütün məsələlərə aydınlıq gətiriləcək”, – deyə G.Qaxariya vurğulayıb(azərtac).