XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 22:54

Tramp:"ABŞ “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır"

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.

Bu barədə “Reuters” məlumat yayıb.

Amerika lideri Rusiya ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Amma Rusiya razılaşmaya əməl etmir”-deyə, Tramp əlavə edib.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib/Report.