XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

22 May 2020 - 00:21

Ramzan Kadırov da koronavirusa yoluxub?- Xəstəxanaya yerləşdirilib

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.

Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki,  ölkə lideri koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.

Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər.

İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltihabın olduğu bildirilib. O, koronavirusa yoluxmada şübhəli bilinir/APA.