XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2020 - 09:00

Dünyada koronavirusa daha 103 min yoluxma qeydə alınıb – ÜST

Dünyada COVID-19-a yoluxanların sayı 4,89 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Ayrı-ayrı ölkələrdən alınan son rəsmi məlumatlara görə, son bir gündə COVID-19-a yeni 103 981 yoluxma qeydə alınıb, virusa yoluxmuş 4 467 pasiyent ölüb.

Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 893 186 təşkil edir. Pandemiya ərzində koronavirusdan ümumilikdə 323 256 nəfər ölüb.

Dünyada koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 166 003 nəfər COVID-19 xəstəsidir. (report)