XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 May 2020 - 13:08

“Gürcüstan müəyyən məhdudiyyətləri saxlamağa məcburdur” – Baş nazir

“Gürcüstan ölkə əhalisinin sağlamlığı üçün müəyyən məhdudiyyətlərin tətbiqini davam etdirməyə məcburdur”.

Bunu ölkənin Baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı çox deyil: “Lakin bu o demək deyil ki, virus üzərində qələbə qazanmışıq. İctimai nəqliyyatın hərəkəti, bəzi iqtisadi fəaliyyət, mədəni və idman tədbirlərinin keçirilməsinə qadağanı qüvvədə saxlamağa məcburuq”.

Hökumət başçısı qeyd edib ki, sərhəd nəzarəti sahəsində zamanında qabaqlayıcı tədbirlər həyata keçirilib: “Gürcüstan idxal olunan infeksiyanın ölkədə yayılmasının qarşısını almağa nail olub”. (report)