XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 May 2020 - 14:35

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO

Pakistan Mülki Aviasiya İdarəsinin sözçüsü Əbdül Səttar Airbus A320 sərnişin təyyarəsinin Kəraçi aeroportu yaxınlığında qəzaya uğradığını təsdiq edib.

“Əl Cəzirə”nin verdiyi xəbərə görə, Ə. Sattar bildirib ki, ilkin məlumata əsasən, Lahor şəhərindən Kəraçiyə uçan təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub. 

Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb. 

***

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Geo TV Pakistan Beynəlxalq Aviaşirkətinə məxsus təyyarənin bu gün Karaçi şəhəri yaxınlığında qəzaya uğradığı barədə məlumat yayıb.

Təyyarədəki sərnişinlərin sayı, ölənlərin olub-olmadığı dəqiqləşdirilir.

“Kyodo” agentliyi isə təyyarənin göyərtəsində 100-dək insanın olduğunu yazır. (apa)