XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 May 2020 - 14:57

La Liqanın bərpası yubanacaq – KİV

İspaniya La Liqası təyin olunan vaxtdan bir həftə sonra – iyunun 19-da bərpa olunacaq. 

“Mundo Deporivo” nəşri xəbər verir ki, təlim protokolu çempionatın iyunun 12-də başlamasına mane olacaq. Protokola əsasən, klublar iyunun 1-dək normal məşqə qayıda bilməyəcəklər. La Liqa rəhbərliyi komandaların ən az iki həftə məşq etməsini istəyir.

Qeyd edək ki, La Liqasının prezidenti Xavyer Tebasçempionata iyunun 12-də başlamaq istədiklərini deyib. Turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir, ikinci sıradakı “Real Madrid”in 56 xalı var. La Liqa martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. (report)