XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

22 May 2020 - 18:59

NATO-da Açıq Səma Müqaviləsinin gələcəyi müzakirə olunacaq

NATO nümayəndələri Açıq Səma Müqaviləsinin gələcəyini müzakirə edəcək.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə NATO rəsmisi bildirib.

“Xüsusilə, Rusiyanın müəyyən bölgələr üzərində uçuşları məhdudlaşdırmasından narahatıq. Müttəfiqlər müqavilənin gələcəyi ilə bağlı məsləhətləşmələri  davam etdirirlər və bu gün bu məsələni müzakirə etmək üçün NATO Əməkdaşlıq Şurası bir araya gələcək”, – deyə NATO rəsmisi deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib. O Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini bildirib. (apa)