XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 May 2020 - 20:35

Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq

Böyük Britaniya hökuməti xaricdən gələnlərin iki həftə müddətində karantinə alınmasının zəruriliyi barədə qaydalar hazırlayıb.

Trend-in məlumatına görə, bu qaydalar iyunda qüvvəyə minəcək.

Qeyd olunur ki, Böyük Britaniyaya gələn əcnəbi vətəndaşlar müvafiq məlumatları, o cümlədən yaşayacaqları ünvanı təqdim etməli və həmin ünvanda iki həftə müddətində özünütəcrid qaydalarına əməl etməlidir.

Bu qaydaların pozulmasına görə min funt sterlinq məbləğində cərimə tətbiq olunacaq.