XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 May 2020 - 20:53

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,404 milyard ABŞ dolları, yaxud 1,6% azalaraq 84,429 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 35,535 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 851 milyon ABŞ dolları, yaxud 2,6% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,255 milyard ABŞ dolları, yaxud 4,4% azalaraq 48,894 milyard ABŞ dolları təşkil edib. (report)