XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 May 2020 - 17:20

Oğul-Xaşuqci atasının qatillərini bağışladı –Bəyanat

“Atamın qatillərini bağışlayıram”.

Strateq.az “Tvitter”-ə istinadla xəbər verir ki, bunu səudiyyəli mərhum jurnalist Camal Xaşuqcinin oğlu bildirib.

O, şəxsi akkauntunda bəyanat yayıb.

İqamətgah yeri Ciddə şəhəri kimi qeyd olunmuş Salah Xaşuqci özünü “sabiq jurnalistin oğlu”tək tanıdır.

“Vaşinqton Post”un müxbiri olmuş Camal Xaşuqci 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda öldürülüb.