XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2015 - 11:03

İran XİN rəhbəri: “Amerikanın tamahkarlığı danışıqları uzadır”

zerif kerri.jpg

İranın xarici işlər naziri Cavad Zərif İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nəticəsinə nikbin olduğunu bildirib.

Strateq.az bildirir ki, nazir anlaşmanın əldə olunması mümkünlüyünü qeyd edib. Bu şərtlə ki, müzakirə tərəfləri ciddi iradəyə malik olsunlar.

Məhəmməd Cavad Zərif Almaniyanın Şpigel jurnalına verdiyi müsahibəsində ötən bir il yarım ərzində İran və 5+1 qrupu arasında müxtəlif səviyyələrdə iclasların keçirildiyini qeyd edərək deyib ki, bir çox məsələlərlə bağlı iki tərəf arasında olan fikir ayrılıqları öz həllini tapıb.

“Müzakirə prosesinin davam edəcəyi təqdirdə, yekun anlaşmaya nail olmaq mümkün olacaq”.

İran xarici işlər naziri İran ilə müzakirə aparan bəzi tərəflərin o cümlədən Amerikanın tamahkarlığını müzakirələrin uzanmasının amili adlandırıb və deyib: “Müzakirələrin gedişində pozuculuq törətmək heç bir tərəfin xeyrinə olmayacaq.