XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

22 May 2020 - 21:49

Övladları Camal Qaşıqçının qatillərini bağışladı –Milyonluq evlər, yüz minlərlə dollar...

“Washington Post” qəzetinin köşə yazarı Camal Kaşıqçının ailəsi onun səudiyyəli qatillərini bağışladığını açıqlayıb.

Hökumətin beş agenti jurnalistin qətlində təqsirli bilinərək ölümə məhkum edilmişdi.

“Biz, şəhid Camal Kaşıqçının oğulları elan edirik ki, atamızıöldürən şəxsləri bağışlayırıq, mükafatımızı Uca Allahdan gözləyirik”, – jurnalistin oğullarından biri Salah Kaşıqçı “Twitter”-də yazıb.

Salah Kaşıqçı SəudiyyəƏrəbistanında yaşayır, qətlə görə kral məhkəməsindən maliyyə təzminatı alıb. O yazıb ki, qatillər müqəddəs Ramazan ayının sonuna düşən əhya gecələrində əfv olunub.

“Associated Press” bu açıqlamanın gözlənən olduğunu yazır, çünki məhkəmənin çıxardığı qərarda hökmün dəyişdirilməsi üçün əlyeri qoyulurdu, qətlin bilərəkdən törədilmədiyi deyilirdi. Bu hökm Səudiyyə hökumətinin jurnalistin qətlilə bağlı rəsmi izahıyla üst-üstə düşürdü.

Səudiyyənin “Arab News” media orqanı cümə günü yazıb ki, Kaşıqçının oğullarının açıqlaması qatilləri edamdan qurtarsa da, heç də onların cəzasız qalacağı anlamına gəlmir. “Frans Pres” qeyd edir ki, Salah bundan öncə ədliyyə sisteminə tam inandığını deyib, opponentlərini bu işdən sui-istifadədə suçlayıb.

“The Washington Post” ötən il yazırdı ki, Salah daxil olmaqla, Kaşıqçının övladlarına bir neçə milyon dollarlıq evlər verilib, hər ay hökumət onlara yüzminlərlə dollar ödəyir. Salah isə bu məlumatları təkzib etmiş, Səudiyyə hökumətilə məsələnin pulla həllinin müzakirə olunmadığını demişdi.

Jurnalist 2017-ci ilin oktyabrında Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb, bədəni hissələrə parçalanıb. Bu qətli bütün dünya pisləyib, şübhələr Vəliəhd şahzadə Məhəmməd bin Salmana yönəlib. İndiyədək jurnalistin cəsədi tapılmayıb.

Kaşıqçı niyə öldürüldü?

Qətlinədək Kaşıqçının “Washington Post”dakı köşə yazılarında vəliəhd şahzadəni tənqid edən yazılar yazırdı. O, bir il idi mühacirətdə yaşayırdı, ölkəsinə qayıdacağı halda həbsdən ehtiyatlanırdı.

Krallıq beynəlxalq təzyiq nəticəsində etiraf elədi ki, Kaşıqçının səudiyyəli agentlər tərəfindən öldürülüb vəəməliyyata şahzadənin iki köməkçisi nəzarət edib. Onlar sonradan vəzifədən kənarlaşdırıldılar.

Krallıq vəliəhd şahzadənin əməliyyatda əli olmadığını deyir. Tənqidçilərsə ABŞ kəşfiyyatının hesabatlarına istinad edirlər. Həmin sənədlərə görə, şahzadənin bilgisi olmadan belə bir əməliyyat həyata keçirilə bilməzdi.

Konqresin təzyiqinə, Senatın qətlə görə vəliəhd şahzadəni suçladığı qətnaməsinə baxmayaraq, Prezident Donald Tramp ABŞ-ın Səudiyyə ilə münasibətlərini müdafiə edib. Ölüm cəzasına məhkum edilmiş beş nəfərdən başqa, Səudiyyə məhkəməsi daha üç nəfəri cinayəti ört-basdır etməkdə təqsirli bilib, onları üst-üstə 24 il həbs cəzasına məhkum edib.

Qətlə görə 11 nəfər məhkəməönünəçıxarılıb. Amma hökumət təqsirli bilinənlərin adlarını açıqlamayıb. (azadliq.org)