XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

22 May 2020 - 22:34

Bolqarıstan Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlərini açır

Bolqarıstan Avropa İttifaqı və Şengen ölkələrinin vətəndaşları üçün sərhədlərini açır.

Azərtac Bolqarıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mayın 22-dən etibarən ölkəyə daxil olan Aİ və Şengen ölkələrinin vətəndaşları yaşadıqları yerdə 14 gün müddətində karantində qalmalıdırlar. Qəbul olunan qərar tibb işçilərinə, sosial işçilərə, diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə, həmçinin müxtəlif ölkələrə işləyən avtobus sürücülərinə aid deyil.

Qeyd edək ki, Bolqarıstanda koronavirusa yoluxanların sayı 2372 nəfərə çatıb. Ölkədə bu xəstəlikdən 125 nəfər ölüb, 769 nəfər sağalıb.