XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2020 - 00:41

Moskvada koronavirus qurbanlarının sayı 1 930 nəfəri ötdü –Operativ Qərargah

Gün ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 67 nəfər ölüb.

Bu barədə Koronavirusa Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirusla bağlı analizlərin müsbət nəticə verdiyi 67 pasiyent öldü”, – deyə qərargahdan bildirilib.

Məlumata görə, bununla da paytaxtda koronavirus qurbanlarının ümumi sayı 1 934 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)