XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 May 2020 - 12:11

Rusiyada koronavirus:yoluxanların sayı 335 mini ötüb

Rusiyada son sutka ərzində daha 9434 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 335 883 nəfərə çatıb.

Son sutka ərzində 139 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3388 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 107 936 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.