XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 May 2020 - 13:16

Gürcüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı başa çatıb

Mayın 23-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı başa çatıb.

Bununla yanaşı, bir sıra məhdudiyyət və qadağalar hələ bir müddət qüvvədə saxlanılacaq.

Belə ki, Gürcüstanda restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

Bununla yanaşı, Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri və Tetritskaro rayonunda sərt karantin rejimi davam etdiriləcək.

Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, Gürcüstanda martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti əvvəlcə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılıb(azərtac).