XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

23 May 2020 - 17:05

İranda karantin rejimi yumşaldıldı- Yoluxanların sayı artdı

İranda karantin rejiminin yumşaldılması koronavirusa yoluxanların sayının artmasına səbəb olub.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Onun sözlərinə görə, son 24 saat ərzində 1869 nəfər virusa yoluxub, 59 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 133 min 521 nəfərə, ölənlərin sayı isə 7 min 359 çatıb.

Mətbuat katibi diqqətə çatdırıb ki, xüsusi xəstəxanalarda müalicə alan 104 min nəfər sağalaraq evə buraxılıb, 2 min 633 nəfərin vəziyyəti ağır olaraq qalır(azərtac).