XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 May 2020 - 17:55

Türkiyədə Milli Həmrəylik Kampaniyası:indiyədək 2 milyard lirədən artıq vəsait toplanıb

Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində başladılan Milli Həmrəylik Kampaniyasına 2 milyard lirədən artıq vəsait toplanıb.

Azərtac xəbər verir ki, bu barədə ölkənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuk bildirib.

Qeyd edilib ki, aztəminatlı ailələrə əlavə maddi dəstək göstərmək məqsədilə martın 30-da başladılan yardımlaşma kampaniyasından faydalanmaq üçün indiyədək 6 milyon 405 min 225 vətəndaş müraciət edib.

Xatırladaq ki, Türkiyə Prezidenti yeddi aylıq əməkhaqqı məbləğini kampaniya çərçivəsində ölkənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi nəzdində açılan hesaba ianə edib.