XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

24 May 2020 - 10:08

Kanadada COVID-19:virusa yoluxan 6 355 nəfər öldü

Kanadada koronavirus infeksiyasına yoluxanların sayı 83,6 mini, infeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı isə 6,3 mini ötüb.

Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 1 141 nəfərin COVID-19 testi müsbət nəticələnib. Nəticədə koronavirusa yoluxanların sayı 83 621 nəfərə çatıb.

Müalicə alan 105 xəstə dünyasını dəyişib. Ümumilikdə 6 355 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Daha çox yoluxma halı Kvebek (46 838) və Ontario ( 25 040) əyalətlərində qeydə alınıb.