XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

24 May 2020 - 12:59

Hindistan-Çin sərhədində növbəti gərginlik:Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər

Çin hərbçiləri hindistanlı sərhədçiləri saxlayıb, daha sonra azad edib.

Bu barədə “NDTV” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə iki ölkə arasında yerləşən Ladakx adlı yüksək dağlıq regionda baş verib. Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər, lakin sonradan geri qaytarıblar. Gərgin vəziyyət Hindistan və Çin komandanlığının nümayəndələri arasında baş tutan görüşdən sonra stabilləşib.

Buna baxmayaraq, Hindistan Çin ilə sərhədi əvəz edən Ladaxdakı nəzarət xəttinə bir neçə piyada batalyonu göndərib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Rəsmi Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

Son illərdə iki ölkə arasındakı ən ciddi qarşıdurma, 2017-ci ilin yayında, Çindən gələn işçilər Çin, Hindistan və Butan sərhədlərinin yaxınlaşdığı bir dağlıq ərazidə, mübahisəli Doklam yaylası üzərindən magistral yol çəkməyə başladığı zaman meydana gəlib.

Butan hakimiyyəti buna etiraz etsə də, Çin tərəfi bu etiraza səssiz yanaşıb. Ancaq Hindistan məsələyə müdaxilə edərək qoşunlarını həmin əraziyə cəlb etmişdi. Qısa atışmadan sonra Çin hərbi qüvvələrini yayladan çıxarmışdı.

Bir neçə ay ərzində aparılan siyasi məsləhətləşmələrdən sonra Hindistan və Çinin xarici işlər orqanları Doklama bölgəsində qüvvələrin yerləşdirilməsi barədə razılığa gəldiklərini açıqlamışdılar. /Report